Putinlə Netanyahu arasında telefon danışığı baş tutub

Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub.

TASS agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər Suriyadakı münaqişəni və koronavirusla mübarizəyə dair vəziyyəti müzakirə ediblər.