Fransanın qərəzli addımı gözlənilən idi

Fransa Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qətnamə bu ölkənin İslam və türk dünyasına, ədalətə ikili yanaşmasından xəbər verir. Özünü demokratiyanın, dünya mədəniyyətinin mərkəzi ölkələrindən sayan Fransa bu qərarları ilə beynəlxalq aləmdə imicini korlamış oldu.

 Fransanın Türkiyəyə qarşı qətnamələrindən sonra Azərbaycanla bağlı qərarlar qəbul etməsi gözlənilən idi.

 Qondarma erməni “soyqırımı”nı tanımayan Fransa vətəndaşlarını cinayət məsuliyyətilə hədələyən Fransa eyni mövqeni Xocalı soyqırımı ilə bağlı sərgiləmir. Fransanın müsəlmanlarla bağlı siyasəti də hər kəsə məlumdur.

 Fransada türkfobiya, islamafobiya geniş yayılıb. 

 Keçmişdə özlərinin Əlcəzair və digər müsəlman ölkələrində törətdikləri vəhşilikləri, soyqırımları 
unudan Paris Milli Assambleyasının, Senatın qətnaməsi əslində Fransa dövlətinin mövqeyini əks etdirir.

Milli Məclisin dekabrın 2-də keçiriləcək plenar iclasında da məsələ ilə bağlı məsələ bir daha müzakirə olunacaq və mövqeyimizi bildirəcəyik.

Mənim üçün Fransa Milli Assambleyasının da, Senatın da qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil.

 

İltizam Yusifov,

Milli Məclisin deputatı