İNKİŞAF VƏ TƏRƏQQİNİN VƏHDƏTİ-GÖYGÖL

Azərbaycanın füsünkar təbiəti ilə fərqlənən rayonları arasında Göygöl rayonun xüsusi yeri var. Turizm və kənd təsərrüfatının vəhdət təşkil etdiyi bu rayon gəncəbasar regionu üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Göygöl yerləşdiyi coğrafi mövqeyə görə uzun illər işğal altında olan Kəlbəcər və digər rayonlara çıxışı təmin edir ki, artıq bu istiqamətdə bir sıra infrastruktur layihələri icra olunur.

Rayonda həyata keçirilən işlər isə vətəndaşların rifah halının yüksəldilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə, məşğulluq və sağlamlıq kimi dünyanı cənginə alan qlobal problemlərin həllinə müsbət təsirini göstərib. Şübhəsiz ki, bu işdə rayon icra hakimiyyətinin başçısı Elvin Paşayevin rolu böyükdür.

Elvin Paşayevin gördüyü işlərlə bağlı yazılar hazırlayarkən təbii ki, bir sıra qınaqlarla üzləşirik, bəziləri bizə deyir ki, bu kimi yazılar sifarişlə yazılır, reklam xaratketi daşıyır. Ancaq inanın dostlar Elvin Paşayevin heç bir reklama və tərifə ehtiyacı yoxdur. Onun barəsində Göygöl vətəndaşları arasında kiçik bir sorğu aparsanız belə (heç uzağa getmədən bu sorğuları vurtual da həyata keçirmək mümkündür) görəcəksiniz ki, yazıda qeyd olunanlar həqiqətdir və heç də məqsəd reklam xarakteri daşımır.

Sual oluna bilər ki. bəs reklam xarakteri daşımırsa belə yazıları niyə qələmə alırsınız? Onu qeyd edim ki, Cənab Prezidentin həyata keçirdiyi kadr siyasətinin uğurları barəsində hər kəs məlumatlıdır. Yeni kadrların yerlərdə gördüyü işlər, insanlarla səmimi münasibəti burjuva təfəkkürünün yox olmasına gətirib çıxarıb. Biz zamanlar Göygöl rayonuna rəhbərlik edən şəxslərin işi kabinetdə oturub əmr vermək, qəbula gələn insanları incitmək, problemləri həll etməmək kimi işləri var idi. Bunun nəticəsində Göygöl və göygöllülər problemlə içində boğulurdular. Elvin Paşayevin isə çiyinlərinə çox ağır və məsuliyyətli iş düşürdü ki, illərdir yığılıb qalan problemləri həll eləsin. Onun rayona rəhbərlik etdiyi müddət ərzində şəxsən mən bir rayon ağsaqqalı kimi apardığım araşdırmadan belə qənaətə gəlmişəm ki, başçı işinin öhdəsindən layiqincə gəlir.

Göygöldə bir sıra layihələr uğurla həyata keçirilir

AFFA-nın, Göygöl Rayon İcra Hakimiyyətinin və Millət vəkili Elşad Mirbəşiroğlunun birgə təşkilatçılığı ilə Göygöl Mərkəzi şəhər stadionunda “Kəndlərdə futbolu inkişaf etdirək” layihəsi həyata keçirilib.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, AFFA-nın I vitse prezidenti Millət vəkili Rauf Əliyev və Millət vəkili Elşad Mirbəşiroğlu iştirak ediblər.

Layihə çərçivəsində tədbirdə iştirak edən 60 məktəbliyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Bu layihə Prezident cənab İlham Əliyevin 2019-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

“Heydər Əliyev ili” çərçivəsində davamlı tədbirlər həyata keçirilir

Bakı-Qazax magistral avtomobil yolunun Göygöl rayonu Üçtəpə kəndi ərazisindən keçən hissəsində təşkil olunmuş ağacəkmə aksiyasında 600-dən çox həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev və rayon ictimaiyyəti iştirak edib.

Səyyar qəbullar davam etdirilir

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayonun Sərkar kəndində vətəndaşlarla səyyar görüşü təşkil olunub. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.

Qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kənddaxili yolların təmiri, elektrik dayaqlarının və naqillərinin yenilənməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

Sonda isə onu da qeyd edim ki, İcra Hakimiyyətinin nümayəndələri Elvin Paşayevin gördüyü işlərin, həyata keçirilən layihələrin reallaşmasında var qüvvəsi ilə çalışırlar. Bu il payız-qış mövsümünün sərt keçməsi, qarın çox yağması göygöldə vətəndaşalrın normal hərəkətinə ciddi madeələrin yaratdığı bir vaxtda İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Qasımov başçının tapşırığına uyğun olaraq öz öhdəsinə düşən işi layiqincə eyrinə yetirdi. C.Qasımov həmçinin vəzifəsindən irəli gələrək rayon sakinlərinin rəğbətini qazanan məmurdur.

Yusif Xancanov
Göygöy rayon ağsaqqalı