İsmayıllıda toxumçuluq fabrikinin tikintisi yekunlaşıb

İsmayıllının İvanovka kəndində toxumçuluq fabrikinin tikintisi yekunlaşıb.

Sabahinfo.az-ın məlumatına görə, ümumi sahəsi 1,1 hektar olan fabrikdə bir saata 5 ton taxıl təmizlənəcək.

Toxumçuxulq fabrikində tamizlənəcək taxıl qablaşdırılaraq fermerlərə və sahibkarlara veriləcək. Zavod tam qüvvədə işlədikdən sonra burada 30 nəfərdən ibarət heyət çalışacaq.

Zavod ərazisində inzibati bina, toxum təmizləyici mərkəz, elavatorlar və anbarlar mövcuddur. Zavod müasir və son dövrün tələblərinə cavab verən avadanlıqlarla təchiz edilib.