Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Yeni Azərbaycan Partiyasının inzibati binasında rayon ağsaqqalları ilə görüşüb, onlarla səmimi söhbət aparıb. Söhbət zamanı rayonda olan mövcud məsələlər və problemlər geniş müzakirə edilib və bu məsələlərin həlli istiqamətində ağsaqqalların təklifləri dinlənilib.
Ağsaqqallar onlara yaradılan bu şəraitə görə öz minnətdarlıqlarını bildirərək, əhalinin sosial rifahının daha da yüksəlməsi və rayonun inkişaf etdirilməsi istiqamətində Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevə uğurlar diləyib, görüləcək bütün işlərdə onların da töhfəsi olacağını qeyd ediblər.
Həmçinin rayon ağsaqqalları görüşdə ölkəmizdə həyata keçirilən ardıcıl və sistemli islahatlar, eləcə də uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan qürur hissi ilə danışıb, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.