Kiyev raket atəşinə tutulub: Ölən və yaralananlar var

Ukraynanın paytaxtı Kiyev səhər saatlarında Rusiyanın raket hücumuna məruz qalıb.

Bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb.

Bildirilir ki, raketin parçaları şəhərin Qoloseyevski rayonuna düşüb, nəticədə insanlar xəsarət alıblar.

Şəhər meri Vitali Kliçko bildirib ki, Qoloseyevski rayonunda (Holosiivskyi) qeyri-yaşayış binaları zərər çəkib.

“Bir ölü və iki yaralı barədə məlumat var. Yaralılar həkimlər tərəfindən xəstəxanaya yerləşdiriliblər”, - deyə mer əlavə edib.

Ölən şəxs 55 yaşlı kişi olub.