Dünən saxlanılan “Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Sabahinfo.az xəbər verir ki, bu gün Xətai rayon məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.