Mehriban Əliyeva Rəmişlə bağlı göstəriş verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

Azvision.az xəbər verir ki, bu barədə Xalq artistinin həyat yoldaşı Güllü Hüseynova bildirib.

Onun sözlərinə görə, R.Hüseynov Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda həkim nəzarətindədir.

Qeyd edək ki, tanınmış gitara ifaçısının müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.