Millət vəkilindən Anar Bağırova təbrik

"Hörmətli Anar Bağırovu yenidən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association Rəyasət Heyətinin sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edir, ona və yenidən formalaşan Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinə vəkillik təsisatının güclənməsi və nüfuzunun artması istiqamətində fəaliyyətlərində uğurlar arzulayıram". SABAHİNFO.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, cəmiyyətdə ədalət mühakiməsinə olan etimad mühitinin möhkəmləndirilməsində Vəkillik təsisatı müstəsna rola malikdir. Bu mənada, Anar müəllimin öhdəsinə götürdüyü bu şərəfli missiyanı fəaliyyətinin ikinci dönəmində də ləyaqətlə davam etdirərək vəkilliyin inkişafına yeni-yeni töhfələr verəcəyinə səmimiyyətlə inanırıq.