Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi lahiyə həyata kecirəcək

Aprel ayını 18 19 20 2023 cü il tarixində Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliiyə dəstəyi ilə Biləsuvar Cəllabad və Masallı rayonlarında Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə həyata kecirəcək. Təşkilat sədri Etibar Əsədovun sözlərinə görə layihəni bu regionda həyata keçirməsinin bir sıra səbəbləri var: " Burada uzun müddət regionlarda gənclərlə işləyən bir QHT olaraq, müxtəlif layihələrimizdə, o cümlədən, milli-mənəvi dəyərlərin, ailə ənənələrinin təbliği, ailə institunun, milli genefondun möhkəmləndirilməsi, qadın hüquqları, gender bərabərliyi, hüquqi maarifçilik və yeniyetmə və gəncləri düşündürən mövzular tərəfimizdən araşdırılmış, apardığımız sorğu, monitorinq, qeyri-formal təhsil, sosial aksiyalarla erkən nikahlar, qohumlar arasında nikahlar və qeyri-rəsmi evliliyə (vətəndaş nikahlarına) dair bölgələrdə və şəhərlərdə də ciddi problemli, mübarizə və geniş maarifləndirmə aparılacaq obyektiv mənzərə üzə çıxmışdır".

QHT sədri onu da bildirib ki, bu sahədə geniş maarifləndirici, təbliğati və sosial tədbirlərə, o cümlədən, problemə real yanaşma, araşdırma, təhlil, PR kampaniyalarının təşkili, milli-mənəvi dəyərlərin, ailə ənənələrinin, sağlam milli genefondun və monolit ailə instituunun aşılanmasına ehtiyac duyulduğu tərəfimizdən müəyyən edilmişdir.

Gənclər və İdman, Elm və Təhsil Nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə və Dini Qurumlarla İş üzrə Dövlət Komitələrinin açıqladığı statistika və hesabat sənədləri də bu ictimai problemin müəyyənləşməsinə təkan verən amillərdən olmuşdur. Səhiyyə və hüquq-mühafizə orqanlarının rəsmi məlumatlarında nikahdankənar və azyaşlı qadınlar tərəfindən uşaq dünyaya gətirilməsi faktları da bu ictimai problemin üzə çıxmasınada xüsusi rol oynamışdır. Azərbaycanlı ailələrə və ənənələrə xas olmayan, milli-mənəvi və dini dəyərlərimiz üçün qəbuledilməz sayılan qeyri-rəsmi evliliklər və sairə problemlərəı toxunlacaq.