Nyu-Yorkda terror törədənə ömürlük həbs cəzası verildi

ABŞ-nin Nyu-York ştatında 2017-ci ildə partlayış törədən özbəkistanlı Sayfullo Saipov mütləq ömürlük həbs cəzasına məhkum ediləcək.  

Bu barədə ştatın Cənub Dairəsi üzrə prokurorluğun geniş yaydığı məlumatda deyilir.

Ona ölüm hökmünün verilməsi ilə bağlı razılığa gəlinməyib.

Saipov qətl törətmək, adam öldürməyə cəhd və xarici terror təşkilatına dəstək də daxil olmaqla 28 maddə üzrə təqsirli bilinib.

Nyu-York ştatında 50 ildən artıqdır ki, ölüm hökmü icra edilmir.

2017-ci il oktyabrın 31-də Saipov Hudson çayının sahilində Nyu-York küçələrindən biri ilə velosipedçilər üçün ayrılmış zolaqda yüksək sürətlə idarə etdiyi maşınla yoluna çıxan hər kəsi əzib. Hücum 2001-ci il 11 sentyabr hücumlarının qurbanlarının xatirəsinə ucaldılmış abidənin bir neçə yüz metrliyində baş verib. ABŞ hökumətinin terror adlandırdığı hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox insan yaralanıb. Hadisəni törədən şəxs yaralanaraq həbs edilib. Saipov etiraf edib ki, o, “İslam dövləti” terror qruplaşmasının ideologiyasının təsiri altında hərəkət edib.