"Zelenskinin hakimiyyəti tezliklə devrilə bilər"

Ukrayna lideri Volodimir Zelenskinin Ukrayna daxilində mövqeyi sarsıntılıdır, onun  hakimiyyəti  “aylar ərzində” devrilə bilər.

Sabahinfo.az xəbər verir ki,  bunu Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç "X" sosial şəbəkəsində yazıb. 

"Zelenski hökuməti ya yıxılacaq, ya da aylar ərzində devriləcək", - o, qeyd edib.