Prosineçki Türkiyədə niyə qaldı?

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu gün milli komanda ilə birgə Bakıya qayıtmayacaq. Xorvatiyalı mütəxəssis yığmanın üzvləri Vaqif Cavadov və Mahir Şükürovun oyunlarını izləmək üçün Türkiyədə qalacaq. Prosineçki həmyerlilərimizin iştirakı ilə Türkiyə çempionatının I liqasında baş tutacaq qarşılaşmanı izləyəcək. O, bu gün Cavadovun formasını geydiyi "Boluspor”un evdə Bucaspor”la görüşünə stadiondan baxacaq. Çalışdırıcı sabah Şükürovun çıxış etdiyi "Karşıyaka”nın "Orduspor”la matçında təmsilçimizin oyununu dəyərləndirəcək.
 Qeyd edək ki, Antalya toplanışını başa vuran yığmamız bu gün Bakı vaxtı ilə saat 17:00-da Bakıya qayıdacaq.