“Qarabağ” yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

Adalet.az xəbər verir ki, onun rəqibi Rumıniyanın “Botoşani” klubu olacaq. Kössen stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi növbəti oyunların iyunun 29-da keçirəcək. Komandamız həmin gün Almaniyanın “Holştayn Kiel” və Rumıniyanın “Universitatya Krayova” klubları ilə üz-üzə gələcək.