QHT tədbir keçirdi 

Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 01.12.2023-ci il tarixdən icrasına başlanan " Azərbaycan 2030: Sosial iqtisadi inkişafa dair, Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi və onların bu istiqamətdə rolunun artırılması təşəbbüsləri" layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib.Tədbir yanvar ayının 22-sindən fevral ayının 2-sinə qədər Qazax və Ağstafa rayonlarında Azərbaycan 2030: Sosial iqtisadi inkişafa dair, Milli Prioritetlərlə bağlı gənclər arasında diskusiya xarakterli təlimlər həyata keçirilmişdir.Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri,rayonda fəaliyyət göstərən ali və orta ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdləri və həmçinin rayonda aktiv fəaliyyət göstərən gənclər iştirak etdilər.İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verdi.Çıxışı zamanı bildirdiki, Azərbaycanın iqtisadiyyatının güclənməsində vətəndaşlarımızın güzaranının yaxşılaşmasında hər bir Azərbaycan vətəndaşı və həmçinin gənclərimiz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir.Bugünki gün aparılan uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər onu deməyə əsas verirki,Azərbaycan iqtisadiyyatı qorunur inkişaf etdirilir və gündəlik həyatımızda bu gerçəklik özünü göstərir.

   Daha sonra geniş məlumat vermək üçün söz təlimçi-ekspert Arzu Əhmədovaya verildi.Təlimçidə öz növbəsində tədbir iştirakçılarına maarifləndirici tövsiyyələrini verdi , tədbir diskusiya şəklində keçdi.

   Tədbir iştirakçılarına layihə çərçivəsində üzərində donorun və ictimai birliyin loqosu,layihənin adı qeyd olunan qısaqol köynəklər paylandı.