"Qida zəhərlənmələrindən ölənlərin sayı artır" - Deputat

"Son zamanlar qida zəhərlənməsi halları çoxalıb. Bu məsələdə statistika düzgün aparılmalıdır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

O bildirib ki, qida zəhərlənmələrindən ölənlərin sayı artmaqdadır: "Bu kimi halların səbəbləri ilə bağlı ictimaiyyətə məlumat verilməlidir”. 

A.Quliyev eyni zamanda  ki, AQTA tək qidanın təhlükəsizliyinə yox, eləcə də keyfiyyət məsləsinə də fikir verməlidir: “Bu gün bazarda keyfiyyəti aşağı və təhlükəli qida məhsulları satılır. Bundan başqa, keyfiyyətsiz və təhlükəli qidalar sərhədi keçərək ölkəyə daxil olur. Bu məsələyə ciddi yanaşmaq lazımdır”.