Rüfət Səfərova küçədə hücum edildi

Keçmiş müstəntiq Rüfət Səfərova küçədə hücum edilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar Binəqədi RPİ əməkdaşları tərəfindən 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfov saxlanılıb.

Araşdırmalar davam etdirilir.