Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev birgə Yeni Azərbaycan Partiyasının inzibatı binasının qəbul otağında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların poblemlərini dinləyiblər.

Qəbula gələnlər müharibə veteranlarına imtiyazların verilməsinə, fərdi evlərin sənədləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına, əhalinin işə düzəldilməsinə və onlar arasında hüquq təbliğatın gücləndirilməsinə, aztəminatlı ailələrin məşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsinə dəstək verilməsini xahiş ediblər.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili və YAP-ın sədri tərəfindən nəzarətə götürülüb.