Şəhər ilə kəndin fərqi 

Salam dostlar. Necəsiz? Yenə əlimdə telefon sizinlə fikirlərimi bölüşməyə gəlmişəm  Saat doqquza işləyib. 
Bugünkü mövzumuz kənddən şəhərə köçən əhali haqqındadır. 
İlk öncə müqayisə edək.  Kənd mühiti daha sərfəli, daha təbiidir, amma şəhər çirkli, tıxış-tıxış bir yerdir. Məsələn, götürək  dördnəfərlik ailəni. Deyək ki, siz evin kişisisiniz, yəni ailə başçısısınız. Həyat yoldaşınız da evdar qadındır. Sizin qazancınız beş yüz manatdır. Bura qədər hər şey normal və gözəl görünür, amma indi bu işin qara tərəfinə baxaq  Birincisi, onun doxsan manatı qaza, təxmini altmış manatı suya, altmışı da işığa gedəcək. Əlinizdə nə qaldı? İki yüz doxsan manat. Evə bazarlıq elədin, bu da olsun iki yüz manat. Yerdə nə qaldı? Doxsan manat. Uşaqlar deyəcəklər ki, bizə dönər al. Dörd dönər iki manat əlli qəpikdən edir on manat. Daha sonra sok istəyəcəklər. Dörd ədəd  sok da doxsan qəpikdən edir üç manat altmış dəpik. Bunun taksisi, falan-filanı, maaş bitdi.  İndi rayona baxaq. Deyək ki, rayonda da elə şəhərdəki ilə eynidir. Sadəcə burada bazarlıq  tutdu yüz manat, getdin kafeyə, xərcin oldu doxsan manat, cibində qalır  yüz manat. Bunu da saxlayırsan dar gününə. Bu misal şəhərdə çıxan xərcin kənd yerindən daha çox olduğunu göstərmək üçün idi. Gələk insanlara. Daha çətin yola niyə gedirlər? Kənddə on, iyirmi, bəlkə otuz binası olan varlılar niyə şəhərə gəlirlər?  Sizə bunu deyə bilərəm ki, hər bir insan rahatlığı sevir və şəhərdə çox qazanacağını zənn etdiyindən hər şeyini satıb şəhərə gəlir və bir həftəyə pul qurtarır. Heç bir irəliləyiş qət edə bilmədiyi üçün boğaza qədər borca yığılır, sonra da pis işlərə qurşanır. Amma bu o demək deyil ki, hamı kənddən şəhərə gələndə belə olur. Bəziləri öz ağıllarını işlədib burada yüksəlir. Məsələn, həmin insanın söz ehtiyatı çoxdursa və pulu da varsa, tutaq ki, deputat ola bilər.  Oradan da sərvətinə sərvət qata bilər. Başqa tərəfdən baxsaq, yəni yaxşı tərəfindən baxsaq, kənddə beş qazanan burada on qazanır. Bura qədər oxudunsa, deyə bilərsən ki, mən rayona gedim, rayon yaxşıdı.  Xeyir, kənddə ən yaxın mağaza ərzaq mağazasıdır. Böyük ehtimalla bir həyət aşağıdadır, amma şəhərdə addımbaşı bir dükan var. Bəli, bu da şəhər və kənd söhbətimizin sonu. Özünüzə yaxşı baxın. Salamat qalın.

Yazan: Ayxan Ədilzadə

Redaktor: Tünzalə Xəlilova

Mövzu: Ədil Ədilzadə