Stoltenberq: “Rusiya, Çin, İran və Şimali Koreya ABŞ-ni zəiflətmək üçün birləşirlər”

“Rusiya, Çin, İran və Şimali Koreya ABŞ-ni zəiflətmək üçün birləşirlər”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

ABŞ-yə səfəri zamanı Stoltenberq qeyd edib ki, xarici qüvvələr alyansın dəyərlərinə qəsdlə hücum edir və onları pozmağa çalışırlar.

Onun sözlərinə görə, söhbət həm də təhlükəsizliyi təmin edən “qlobal qaydaların” dəyişdirilməsi planlarından gedir.

Stoltenberq İran, Şimali Koreya, Çin və Rusiyanın getdikcə daha çox birləşərək təzyiq və sanksiyalardan yan keçməsinə diqqət çəkib. Baş katib əlavə edib ki, onlar Amerika dollarına əsaslanan qlobal maliyyə sistemini zəiflədirlər.

“Bu təhlükəli dövrlərdə bizi zəiflətmək istəyən istənilən rejimə qarşı birlikdə olmalıyıq”, - o bildirib.