TƏBİB-dən Aytən Səfərovanın vəziyyəti ilə bağlı AÇIQLAMA

Tanınmış aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlanıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Qeyd edək ki, Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.APA