"Türkiyə Böyük Millət Məclisində terrorçu istəmirik" - Dövlət Baxçalı

"Türkiyə Böyük Millət Məclisi terrorçu və separatçıların meydan oxuduğu yer deyil".

Sabahinfo.az xəbər verir ki, bu barədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının TBMM qrup toplantısındakı çıxışında bildirib. 

Siyasətçi qeyd edib ki, kim terrora xidmət edirsə, onların düşmənidir və satqındır: "Biz TBMM-də terrorçu istəmirik, qatil istəmirik, qatilləri müdafiə edən qorxaqlar istəmirik. PKK-nın lehinə gözətçi qülləsi kimi fəaliyyət göstərən, türk bayrağını görməyi həzm edə bilməyən, dövlət himnimizi oxuya bilməyən, milli-mənəvi ortaq dəyərlərimizi qəbul etməyən, rəqib dil yaratmaq üçün hər fürsətdən istifadə edərək ölkə və millətn bütövlüyünə düşmən kəsilənlərin Türkiyə Böyük Millət Məclisində varlıqları və maaş almaları biabırçılıqdır".