Türkiyə Səfirliyi ölkəmizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizi Silahlı Qüvvələr Günü ilə münasibətilə təbrik edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Səfirliyin "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Qardaş Azərbaycanın 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunması uğrunda məsuliyyətli və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq", - deyə qeyd olunub.