Türkiyədə güclü qar ağır qəzaya səbəb oldu - VİDEO

Türkiyədə kəskin hava şəraiti və qar zəncirvari qəzaya səbəb olub. 

“Haber7” xəbər verir ki, hadisə Anadolu magistralında baş verib. 

Qəza zamanı 16 avtomobil toqquşub. Hadisə nəticəsində azı səkkiz nəfər yaralanıb. 

Yolda hərəkət tamamilə dayandırılıb. Buna görə də yüzlərlə sürücü yolda qalıb.