Yaxın günlərdə YAP İdarə Heyətinin iclası olacaq

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaxın günlərdə YAP İdarə Heyətinin iclası olacaq.

Sabahinfo.az-ın xəbərinə görə, bunu YAP-ın növbədənkənar prezident seçkiləri ilə əlaqədar növbədənkənar qurultayının çağırılıb-çağırılmayacağı ilə əlaqədar sualı cavablandıran sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Tahir Budaqov bildirib ki, prezidentliyə namizəd YAP İdarə Heyətinin iclasında irəli sürüləcək. O qeyd edib ki, sonuncu qurultayda İdarə heyətinə belə bir səlahiyyət verilib.