Yevlaxda “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şəhid övladları üçün bayram tədbiri keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şəhid övladları üçün bayram tədbiri keçirilib.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və şəhid ailələrinin üzvləri iştirak ediblər. 

Tədbirdə çıxış edənlər Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər üzrə müavini Elnarə Əzizova və YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev uşaqları təbrik edərək, onlara cansağlığı, xoşbəxt gələcək və təhsil həyatında uğurlar arzulayıblar.

Çıxışlarda bildirilib ki, Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Dahi Heydər Əliyev hər zaman uşaqlara xüsusi qayğı, böyük sevgi ilə yanaşır və qeyd edirdi. Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Qeyd edilib ki, bu gün  Ulu Öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti  Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı Dövlət Proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmışdır. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə uşaqlarla bağlı bir sıra önəmli layihələr həyata keçirilir. Uşaqlar məhz bu qayğı sayəsində özlərini daha xoşbəxt və daha rahat hiss edirlər.  Respublikamızın hər yerində  olduğu kimi, Yevlaxda da  qazi və şəhid övladları  diqqət mərkəzində saxlanılır. Onların öz vaxtlarını səmərəli keçirməsi üçün dövlət siyasətinə uyğun müvafiq addımlar atılır. 

Şəhid ailələrinin üzvləri övladlarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filialı olan Şəhər Yaradıcılıq evinin kollektivi tərəfindən şən klounların iştirakı ilə əyləncəli-musiqili proqram,Kukla xalq teatrının ifasında "Qoğal"  nağıl-tamaşası nümayiş olunub,şəhid övladlarına hədiyyələr təqdim edilib.