Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə tədbir

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mahmudavar kənd ümumi orta məktəbində "Narkomaniya və erkən nikahlara yox deyək!" və "Kibercinayətkarlıq və ona qarşı mübarizə üsulları" mövzusunda tədbir təşkil olunub.

Çıxış edən Masallı RPŞ-nin rəisi polis polkovniki Azay Ağayev ümumbəşəri bəla olan narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, "ağ ölümün" insan orqanizminə vurduğu zərərlərdən, cəmiyyətə, genofonda mənfi təsirlərindən danışıb. 

Şöbə rəisi çıxışında kibertəhlükəsizliklə bağlı görülməli olan ehtiyyat tədbirlərini sadalayıb, heç bir halda fərdi və bank kartı məlumatlarını qarşı tərəfə verməmək barədə tövsiyələrini çatdırıb.

Sonda məktəblilərin müzakirə edilən mövzularla bağlı sualları cavablandırılıb.