Zəlzələ ilə bağlı təcili yardıma neçə müraciət olub?

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

Sabahinfo.az xbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

“Müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub. Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub”, - məlumatda bildirilib.