295 nömrəli məktəbdə Anım tədbiri keçirilib

Sabunçu rayon 295 nömrəli tam orta məktəbdə 27 sentyabr - Anım Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Dilarə Cəbrayılova 44 günlük Vətən Müharibəsindən söz açıb. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şücaəti ilə həyata keçirilən əməliyyatlar Qələbə ilə nəticələndi. Müharibə nəticəsində ermənilər sivil vətəndaşları hədəf almağına, müxtəlif təxribatlar həyata keçirməsinə baxmayaraq Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqları düşməndən azad etdi. 

D.Cəbrayılova onu da bildirib ki, müharibə nəticəsində şəhid olan qardaşlarımız hər birimizin qəlbində yaşayır. Onun sözlərinə görə, əldə olunan uğurlar və Qələbəmiz nəticəsində şəhidlərimizin ruhu şaddır. Onlar hər zaman bizim qəlbimizdə yaşayacaq. 

Tədbirdə çıxış edən şəhid Yalçın Rəhimov, Xalıq Hüseynov, Hüseyn Xəlilovun ailə üzvləri çıxış ediblər.  Sonda rəssam Gündüz Hunların məktəbə bağışladığı rəsm əsərinin önündə xatirə şəkilləri çəkilib.