'İki bədəndə bir can – Türkiyə, Azərbaycan!” adlı rəsm  sərgisi keçirilib

16 sentyabr 2023-cü ildə   Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə  Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında  Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam  Gülnarə Məmmədlinin ''İki bədəndə bir can – Türkiyə, Azərbaycan!” adlı rəsm  sərgisi keçirilib.

Tədbiri giriş sözü ilə  Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Edar Tomarlı açaraq, tədbir iştirakçılarını salamladı, vətənimizin bütövlüyü, suverinliyi, azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi, rəssamın ömür yolundan, yaratdığı tarixi rəsm əsərlərindən, vətənpərlik mövzuzunda işlədiyi əsərlərdən danışdı. Sərgidə gənc rəssamın 70-dən çox rəsm əsərləri - zəfərimizi tərənnüm edən, şəhidlərimizin,şəhid analarının, Nuru Paşanın və  Qafqaz İslam Ordusunun qəhrəmanlığını əks etdirən, klassilkərimizdən  ulu    Nizaminin və Dədə Ələsgərin, azərbaycan xanımlarının yaraşığı, həm də tariximiz, mədəniyyətimiz olan kəlağayımızı  və kəlağayılı analararımızın, qız-gəlinlərimizin gözəlliyini tərənnüm edən rəsm əsərləri ictimaiyyətin böyük marağına səbəb oıdu. Tədbirdə  Gəncliyə Yardım Fondunun nümayəndəsi Qoşqar Abbas, millət vəkili, vəkili Razi Nurullayev, rəssam Nəvai Mətin, Az.tv-nin əməkdaşı Ötərxan Eltac və şəhid anaları çıxış etdilər, gənc rəssama uğurlar dilədilər. 

Sonda gənc rəssam tədbir iştirakçılarına  təşəkkürünü bildirdi.