5 ildə Qarabağda görülən işlər - Deputat AÇIQLAD

Azərbaycanın Qarabağın bərpasına indiyədək ayırdığı pul Ermənistan büdcəsindən 2 dəfə çoxdur.

Sabahinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Tahir Mirkişili deyib.

O qeyd edib ki, son beş ildə Azərbaycan dövləti Qarabağ torpaqlarda hərbi qələbəni iqtisadi və sosial qələbəyə çevirmək istiqamətində böyük işlər görür. Hazırda bu ərazilərdə 62 mindən çox insan yaşayır:

"Təkcə Laçında 5 mindən artıq insan məskunlaşıb. İndiyədək Azərbaycan dövləti bu ərazilərə təxminən 22 milyard manat vəsait xərcləyib. Müqayisə üçün deyə bilərəm ki, bu məbləğ Ermənistanın dövlət büdcəsinin təxminən 2, Gürdüstanın isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər bir daha göstərir ki, Azərbaycan dövləti bu torpaqların bərpası və inteqrasiyası üçün böyük səy göstərir”.

T. Mirkişili vurğulayıb ki, hazırda Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında  50-dən çox rezident və 7-dən çox qeyri-rezident sahibkar fəaliyyət göstərir. Ötən müddət ərzində bu ərazilərdə təxminən 500 milyon manat dəyərində məhsul istehsal və ixrac olunub. Bu iki sənaye parkında hazırda minə yaxın insan çalışır. Bütün bunlar onu sübut edir ki, Azərbaycan dövləti bu ərazilərin gələcəkdə ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası üçün mühüm addımlar atır.

Deputat qeyd edib ki, Orta Dəhlizin işə düşməsi və Zəngəzur dəhlizinin açılması ilə bu ərazilər ilk dəfə sərhəd bölgəsindən tranzit bölgəsinə çevriləcək.