AB-dən Rusiyaya qarşı sanksiya 

Avropa Birliyi Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyaları paketi üzərində işləyir. Bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq deyib. "Hazırda geniş iqtisadi və maliyyə sanksiyaları paketi üzərində iş gedir. Hücum olacağı təqdirdə, çox aydın, birmənalı və sürətli cavab veriləcək", - Şallenberq bildirib.