Abşeronda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbəsi sakini 1992-ci il təvəllüdlü Qasımbala Balayev saxlanılıb.

DİN-dən Sabahinfo.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. 

Faktla bağlı Polis Bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.