Hacı Qalib Salahzadə başçı haqsızlığı ilə üzləşib
“Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayonu “Burada mənəm Bağdadda kor xəlifə” prinsipləri ilə idarə edir, və mənə qarşı şəxsi qərəzçilik edir. Bunu sözləri Hacı Qalib Salahzadə SABAHİNFO.AZ saytına açıqlamasında deyib. Onun sözlərinə görə, Bilgər qəsəbəsində olan ümumi sahəsi 1200 KV metr sahəni əhatə edən obyektin ərazisini 2003-cü ildə Sabunçu Bələdiyyəsi ilə alqı-satqı yolu ilə alıb. Bundan sonra sözügedən ərazidə 4 obyekt tikib və fevral ayının əvvələrində obyekti qeyri-qanuni söküblər. Hansı ki, o obyektlərdən 4 ailə öz evinə çərək aparırdı. Bu zamana kimi dövlət tərəfindən müəyyən olunan bütün ödənişlər davamlı olaraq edilib. Adil Vəliyev isə idda qaldırıb ki, ərazi qeyri-qanunidir və alqı-satqı ləğv olunmalıdır. Bu azmış kimi məndən Bakı Şəhər Baş Polis İdarəsinə şikayət verib. Bu yöndə mənə zənglər gəldi və məsələni izah etdim. Daha sonra gəlib sökülən obyektdə işləyən işçiləri aparıblar, dindiriblər, buraxıblar. Hacı Qalib deyir ki, Adil Vəliyev bundan öncə də Bilgərdə yerləşən digər torpağına da sahib çıxıb. Onun sözlərinə görə, Qodd Nissanovun adından danışan başçı guya torpaqları ona hədiyyə edəcəyini deyib: “Burada bir məqam var. Başçı Qod Nisanovun adından istifadə edərək torpaqları onun burada olan nümayəndəsi Həsənov Yalçın Hidayyət oğluna verir. Bu yöndə kifayyət qədər faktlar var. 2024-cü ilin may ayında da Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən və Salahzadəyə məxsus olduğu deyilən bağ torpaq sahəsindəki tikililəri sökmüş, ərazinin giriş qapısını daşla hörmüşdülər. Həmin vaxt Salahzadə bildirmişdi ki, vaxtilə 500 min manata aldığı bağ sahəsini əhatələyən hasar dağıdılıb. Keçmiş deputatın sözlərinə görə, söküntüdən öncə icra başçısı Adil Vəliyev şəxsən əraziyə gələrək tikililərin dərhal söküləcəyini bildirib. Salahzadə iddia edir ki, icra başçısı Prezident Administrasiyasında çalışan yüksək rütbəli məmurların adlarını çəkərək söküntünün onların göstərişi ilə aparıldığını deyib, eyni zamanda ona qarşı hədələyici ifadələr səsləndirib. O, bu davranışların özünü provokasiyaya çəkmək məqsədi daşıdığını iddia edir”. Hacı Qalib Salahzadə bildirir ki, başçının ona qarşı etdiyi qərəz bununla bitmir. Bilgəhdə yerləşən Şəbəkə restoranını da özünküləşdirmək istəyir: “Mən həmin restoranı hərrac yolu ilə almışam. Bütün sənədlərim də qaydasındadır. Buna baxmayaraq Adil Vəliyev bu restorana da göz qoyub”. Hacı Qalib Salahzadə baş verənlərin fonunda hökumətimizin qoyduğu qayda qanunlar çərçivəsində addımlar atılacağını deyib. Qeyd edib ki, Adil Vəliyevin bu addımları şəxsi maraqdan çıxış etməkdən başqa bir şey deyil. Mühasibimizin sözlərinə görə, Adil Vəliyev ona “Üstündən maşınla keçərəm” kimi ifadələr də deyib və məsələnin həllində güc orqanlarından istifadə edir.