Ağdaş sakinlərinin seçimi dəyişməzdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Ağdaş rayonunun Ərəbocaq və Şordəhnə kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov və təşviqat qrupunun üzvləri Aygün Mahmudova, Qalib Həsənov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, ölkəmizin hər bir uğurunun təməlində Ulu Öndər Heydər Əliyev siyasəti və bu siyasətin müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirilməsi dayanır. Cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə müstəqil Azərbaycan dövləti davamlı olaraq inkişaf etmiş və özünün Zəfər zirvəsinə yüksəlmişdir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmiz regionun ən güclü dövlətidir və beynəlxalq aləmdə yüksək nüfuza malikdir. Bütün bunlar isə cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətin nəticəsidir.

Diqqətə çatdırılıb ki, 7 fevral prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin tarixində yeni dövrün başlanğıcı olacaq. Hər zaman xalqın etimadını doğruldan Yeni Azərbaycan Partiyası bu seçkilərə məhz “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin edən qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də bildiriblər ki, onların seçimləri dəyişilməzdir və 7 fevralda yekdilliklə seçki məntəqələrinə gedərək Zəfərimizin memarı cənab İlham Əliyevə səs  verəcəklər.