Agentlik 2021-ci ilə yekun vurdu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC Agentliyin saytına istinadla xəbər verir ki, Müşahidə Şurasının 2022-ci il üçün fəaliyyət planı müzakirə olunub. Müzakirələrdə Agentliyin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatının dinlənilməsi, Agentliyin Qrant siyasəti sənədinin təsdiqlənməsi, fəaliyyət strategiyasının qəbulu, İctimai nəzarətin tətbiqi və təşviqi vəziyyətinə dair Agentliyin hesabatının dinlənilməsi və digər məsələlər yer alıb.

Sonda cari məsələlər müzakirə edilib.