Agentlik məsələyə biganə qalmadı

Onu sosial şəbəkələrdən tanıyırsınız. Arzu xanımdır. Video müraciət edirdi. Çarəsiz, tənha olduğunu, Sosial Xidmətlər Agentliyinin müəssisələrindən birisinə yerləşmək istədiyini deyirdi. Elə videonu gördükdən dərhal sonra onunla bağlı məsələ Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürüldü və araşdırıldı. Arzu xanım artıq Agentliyin müvafiq müəssisəsinə yerləşdirilib. Burada onunla bağlı lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək.