Aİ-nin on ölkəsi nüvə energetikasının inkişafına HƏ dedi

Avropa İttifaqının on ölkəsinin hökumət rəsmiləri yerli istehlakçılarını qiymət dəyişkənliyindən qorumaq üçün nüvə enerjisindən istifadəni gücləndirməyin vacib olduğunu düşünürlər.

Bu barədə "Le Figaro" qəzetinin saytında və digər nəşrlərdə dərc edilmiş birgə məqalədə deyilir.

Məqaləni Fransananın İqtisadiyyat, Maliyyə və Yenidənqurma naziri Bruno Le Mer, Rumıniya, Çexiya, Finlandiya, Slovakiya, Xorvatiya, Sloveniya, Bolqarıstan, Polşa və Macarıstanın baş, iqtisadiyyat və energetika nazirləri imzalayıblar.

Nüvə enerjisinin Avropa istehlakçılarını "hazırda qazla bağlı vəziyyətdə müşahidə olunan" enerji qiymətləri dəyişkənliyindən qoruyacağına inamlarını ifadə ediblər: "Enerji qiymətlərinin yüksəlməsi xarici ölkələrdən enerji asılılığımızı azaltmağın nə qədər vacib olduğunu göstərir".