"Ümumiyyətlə ailə institutlarına böyük təsirlər var. Hazırda bu dünyada da mühüm problemdir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
"Hesab edirəm ki, böyük təhlükə var. Biz bu ənənələri qoruyub-saxlayıb gələcək nəsillərə ötürə biləcəyik ya yox. Sağlam ailə olmadan, sağlam cəmiyyət ola bilməz. Hər bir ölkənin gələcəyi uğurlu təhsilli gənclərdən ibarətdir. Müəllim şagirdlərə biganə olmamalıdır. Uşaqlara bir-bir diqqət etməlidir. Çünki uşağın durumu yaxşı olmaya bilər", - deyə nazir müavini bildirib.