Almaniyadan Azərbaycana jest

Almaniya höküməti Azərbaycan, Ermənistan, Ukrayna, ABŞ, Avstriyanı, İsveçrə və bir sıra digər ölkələri koronavirusa yoluxma riski yüksək olan ölkələr siyahısından çıxarıb. Almaniyanın Robert Koh adına İnstitutunun verdiyi məlumata əsasən, bu qərar iyunun 13-dən qüvvəyə minir. Həmin tarixdən etibarən adı çəkilən ölkələrdən Almaniyaya gələnlərdən artıq qeydiyyatdan keçmək və karantin şəraitində bir müddət qalmaq tələb olunmayacaq.