Ana adı həmişə böyük ehtiramla tərənnüm olunur

Tarix deyir ki, 8 Mart gününü digər günlərdən fərqləndirilməsi təklifi 1910-cu ildə Da­ni­mar­kanın Kopenhagen şəhərində keçirilən “Beynəlxalq Sosialist Qadınlar Qurultayı”nda səs­lən­dirilib. Klara Setkinin təkliifi qəbul olunub. Klara Setkinin bu təşəbbüsündən neçə illər ­ əvvəlBakıda qızlar məktəbinin fəaliyyətə başlamışdı. Bu fakt təsdiqləyir ki, o illərdə Avropa cəmiy­yə­tin mühüm təırkib hissəsi olan qadınlara münasibətin formalaşması mexanizmini də, fəlsə­fə­sini də Azərbaycandan öyrənirdi.

M.Ə.Rəsulzadə deyirdi:“Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəl­man qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu bəşəri fikirlər ideyadan, fi­kir­dən cə­miyyətə köçməli idi. Və köçdü.Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan De­mokratik Respublikası qadın siyasətini, cəmiyyətin qadına münasibətini yeniləşdirən ilk dövlət kimi tarix yazdı.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hü­qu­qunun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.Dünya gördü ki, Azərbaycan Demokratik Respublikası demokratik, hüquqi, dünyəvi dövlətdir. O dövrdəAzərbaycanda qızların təhsil alması məsələ­si­nə də gərəkli münasibət olub.

Azərbaycanda qadınlara həmişə məxsusi ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əli­yevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə qadınlar cəmiyyətin bütün strukturla­rın­da təmsil olunurdu. Qadın yazıçılar, qadın şairlər, qadın rəssamlar, qadın həkimlər, qadın hü­quq­şü­naslar, qadın partiya və dövlət xadimləri, Məhəmməd Hadinin təəbirincə desək, Azər­bay­canın imzasının beynəlxalq qurumlarda daha yaxından, böyük sayğılarla, ehtiramlarla ta­nın­masının cəfakeşləri olub. Ulu Öndər deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmziidir”. Bu kəlamlar qadınların cəmiyyətdə hansı səviyyədə ehtiramla əhatələnməli olduğunun, Azərbaycan mü­hi­tin­də əhatələndiyinin göstəricisidir.

Azərbaycanda hamı etiraf edər ki, (və edir ki!)görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva həmişə ehtiramla anılıb. Bu, təkcə görkəmli alimə, böyük insani keyfiyyətləri ilə cəmiyyətin əzizi olan insana sevgi ilə məhdudlaşmır, həm də onun timsalında Azərbaycan qadınına olan sevgidir...

Tarix, həm də Azərbaycan tarixi təsdiqləyir ki, xaqlqımızda qadına hörmət mental dəyərlər­dən­dir. 1988-ci ilin fevralında azərbaycanlıların Xankəndinə kütləvi yürüşünün qarşısını yay­lığını yürüşçülərin qarşısına atmaqla Xuraman Abbasova almışdı. Yəni xalqın qəzəbi qadına ehtiram kimi qadın yay­lığı amilini üstələmədi, üstələməzdi...

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan, az sonra böyük tarixi şəxsiyyət Hey­dər Əliye­vin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra qadınların cə­miyyətdə rolu daha da yüksəldi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir, qadınların cəmiyyətdə ro­lu­na müstəsna əhəmiyyət verir. Bunun nəticəsidir ki. bu gün Azərbaycan Respublikasının və­tən­daşı olan qadınlar təkcə respublikamızda deyil, dünya miqyasında beynəlxalq qurumlarda Azərbaycanımızı həsəd aparılası miqyasda layiqincə təmsil edirlər.

Regionda güclü dövlət olan Azərbaycanda gender siyasəti getdikcə güclənir, qadınların cə­miyyətdə rolunun yüksəldilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif miqyaslı təd­bir­lər həyata keçirilir. Respublikamızda yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəa­liyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parla­ment və bələdiy­yə­lər­də uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni pro­ses­lərdə fəal iştirak edir. Bütün bunlar dövlətin qadın siyasətinin mahiyyətinin göstə­ri­ci­si­dir.

Azərbaycanda Birinci vitse-prezident təəssisatının yaradılması, bu vəzifəyə YUNESKO-nun, İSESKO-nun Xoş məramlı səfiri kimibeynəlxalq fəaliyyəti iləAzərbaycanın milli ma­raq­larını kifayət qədər yüksək səviyyədə təmsil edən, “Fərqi yoxdur, ictimai xadimsən, ya­xud döv­lət xidmətində işləyirsən - insanlığı qorumaq lazımdır” əqidəsi, amalı ilə yaşayan, işləyənMehriban xanım Əliyevanın təyin edilməsi də qadınların cəmiyyətdə rolunun kon­tekst­ləş­di­rilməsinin nəticəsidir.

Ermənistan dislokasiya yeri Xankəndi olan 366-cı alayın fəal iştirakı ilə Xocalıda qətliam, soyqırımı törətdi. Dünya ictimaiyyəti bu qətliama görə işğalçı Ermənistanı dövlət səviyyasində, bəşəri qanunlar əsasında qınamadı. “Heydər Əliyev Fondu”nun Birinci vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət ” kompaniyası faciənin tanıdılması, onun mahiyyətinin daha əhatəli açılması istiqamətində müqayisəyəgəlməz təsirə malik oldu. Bu fakt da təsdiqləyir ki, Azərbaycan qadını azərbaycançılıq ideologiyasını yaşadır, Azərbay­can dövlətçiliyinin cəfakeşidir...

Azərbaycan qadını Vətən müharibəsində Zəfər qazanan oğulların anasıdır, bacıısıdır. On­la­rın hər biri hər birimizin əzizidir.

Azərbaycan şairlərinin şeirlərində qadın, Ana böyük sevgilərlə tərənnüm olunur. Şeirlər Ana adının, Ananın böyüklüyünün, “qəhrəmanlar anası olduğunun” (S.Vurğun) poetik təqdi­ma­­tı­dır. Cəfər Cab­barlının “Ana” şeirinin finalına bütün azərnaycanlıların Ana sevgisinin mö­hür­­bəndi deyər­dim:Ana… Ana… Sənə mən rahibəm itaətdə!..

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edir, hər birinə can sağlığı, ailə səadəti, qadın xoşbəxtliyi arzulayıram.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı