"Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı iqtisadi inkişafımızda öz tarixi rolunu oynayacaqdır"

Azərbaycanda Ümumi Daxili Məhsulun 35%-ə yaxını sənaye sahələrindən formalaşır. Bu göstəriciyə görə ölkəmiz Avropa qitəsində ən çox sənayeləşən ölkələrdən biridir. Sənayenin inkişafında son illərdə yaradılan sənaye parklarının və məhəllələrinin rolu xeyli böyükdür.

Belə ki, hazırda ölkəmizdə 6 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Bu zonlarada ümumilikdə 9300 işçı çalışır. Son 3 ildə sənaye sonlarında çalışan insanlara rezidentlər tərəfindən 320 milyon manat maaş ödənilib. Bu işçilərin Dövlət Sosial Müdafiə Fonduna ödənişləri 80 milyon manatı keçib. Son 3 ildə bu zonalarda cəmi 2.6 milyard manat dəyərində məhsul satış olub. Bu məhsullardan 760 milyon manatlıq məhsul isə ixrac edilib. Bu rəqəmlər sənaye sonalarının iqtisadi və sosial rolunu açıq şəkildə göstərir.

Bu gün dövlət başçısının fərmanı ilə daha bir sənaye parkı – Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı yaradılmışdır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun resurslarını, Zəngəzur Dəhlizinin açılması ilə yaranacaq tranzit potensialını, İran və digər cənub bazarlarına çıxışın mövcud olmasını və nəhayət regionda gedəcək bərpa işlərini nəzərə alsaq bu sənaye parkının böyük inkişaf potensialı vardır. Əminəm ki, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı iqtisadi inkişafımızda öz tarixi rolunu oynayacaqdır.

 

Tahir Mirkişili

Milli Məclisin deputatı