Ata Abdullayevin həbs müddəti uzadıldı

Səbail rayon Məhkəməsində həbsdə olan bloqer Ata Abdullayevin barəsindəki həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Sabahinfo.az-ın məlumatına görə, prosesdə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə A. Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, A.Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı hədə-qorxu ilə pul tələb etmə maddəsilə ittiham irəli sürülüb və Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.