Azay Quliyevin seçicilərilə görüşüb

Bu gün deputat Azay Quliyev Binəqədi Gənclər Evində  seçiciləri ilə  növbəti görüşünü keçirib.  Seçicilər əfv, məşğulluq və onları narahat edən digər problemləri deputatın diqqətinə çatdırmışlar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müfaviq addımların atılacağını bildirib. Görüşdə  Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov  iştirak edib.