Ermənistan Azərbaycandan idxal edilən benzin sayəsində ildə təxminən 100 milyon dollar qənaət edəcək.
Sabahinfo.az xəbər verir ki, bunu şirkəti Azərbaycan benzinini idxal edən Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.
"Son 30 il ərzində Ermənistan daima müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana nəqliyyat yolları bağlanıb, nəqliyyat xərclərinə böyük məbləğlər xərclənib. Təxmini hesablamalara görə, Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından almağa başlasaydı, hər il 80-100 milyon dollar qənaət edərdi. Bu məbləğ digər sektorların inkişafı üçün istifadə oluna bilər".