Azərbaycan dövlətçiliyi əbədiyyətin cığırdaşıdır

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə yerli və xarici jurnalistlər üçün mətbuat konfransı vermişdi. Konfransda ölkə başçısı demişdi: “...Operativ qaydada aeroportun uçuş-eniş zolağı və naviqasiya sistemi istifadəyə veriləcək. Füzuli aeroportu beynəlxalq aeroport olacaq. Uçuş zolağı ən ağır yük təyyarələri daxil olmaqla, bütün tip təyyarələri qəbul edə biləcək”. Bu məlumat Azərbaycanın həm daxili siyasətinin, həm də xarici siyasətinin konturlarını əhatələyirdi. Belə bir aeroportun inşa edilməsi, istifadəyə verilməsi Azərbaycanın iqtisadi inkişafının da səviyyəsinin göstəricisi idi.

Ölkə başçısı mətbuat konfransında həm də demişdi: ““Füzuli aeroportu bu il payızın əvvəlində istifadəyə veriləcək. Bu aeroport həm ərazinin bərpa edilməsi üçün xaricdən gətirilən yüklərin qəbul edilməsinə, həm də Azərbaycan və qonşu ölkələrin vətəndaşların Şuşaya getməsinə imkan yaradacaq”.

Füzuli aeroportu istifadəyə verildi.

Füzuli aeroportu “Boeinq – 747 - 400” ən böyük yük təyyarəsini və sərnişin təyyarəsini qəbul etdi. Bu uçuşu izləyənlər də, sərnişin təyyarəsi ilə Füzuliyə uçanlar da bir gerçəkliyə qədərsiz sevindilər, “Azərbaycanın dövlətçiliyi ilə milyonlar qürurlanır! Azərbaycanın dövlətçiliyi əbədiyyətin cığırdaşıdır!”.

Bu aeroportun inşası Vətən müharibəsində qazanılan Zəfərin davamıdır.

Bu aeroport yaxın vaxtlarda yenidən qurulmuş Füzuliyə turistləri də aparacaq.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı