Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, idmançılarımız həm fiziki, həm də taktiki baxımdan turnirə tam hazır vəziyyətdədirlər. Heyətdə həm təcrübəli titullu pəhlivanlar, həm də beynəlxalq arenalarda özünü sübut etmək istəyən gənc istedadlar yer alıb. Komandamızın əsas hədəfi hər iki növ üzrə qızıl medallar qazanmaq və komanda hesabında liderliyi ələ keçirməkdir.