Sadiq Qurbanov Xıdırlı da qəbul keçirdi 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Salyan rayonunun Xıdırlı kənd sakinləri ilə görüşüb.

Seçicilərlə növbəti qəbul ölkə rəhbərliyinin vətəndaş məmnunluğunun təmin edilməsi, yerlərdə mövcud olan problemlərin operativ öyrənilməsi və həlli yollarının araşdırılması təmin edilməsi istiqamətində keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin müavini, Azəriqaz İB-nin nümayəndələri, kənd bələdiyyəsi və digər qrum üzvləri də iştirak etdilər. Millət vəkili Sadiq Qurbanov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşaraq, bir sıra məsələlərin yerindəcə həll olunması üçün aidiyyəti qurumların nümayəndələri ilə əlaqə saxlayaraq, əlavə araşdırma və vaxt tələb edən digər müraciətlər isə nəzarətə götürülərək müvafiq dövlət orqanlarına rəsmi sorğuların ünvanlanacağı bildirilib.

Xıdırlı kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də problemlərinin dinlənilməsi və həlli istiqamətində atılan addımlara görə millət vəkilinə minnətdarlıqlarını ifadə ediblər.

Sadiq Qurbanov 

Milli Məclisin deputatı