Azərbaycan xalqına verilən yüksək qiymət

Vətən müharibəsində Azərbaycan Zəfər qazandı. Bu Zəfərlə 300-dən çox şəhər və kənd işğalçılardan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Türkiyə Respublikasının Prezidenti həmişə Azərbaycanın yanında olacaqlarını bildirmişdi. Bu, gerçəkliyin ifadəsi idi... Zəfərdən sonra Türkiyənin bir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox əhəmiyyətli layihələrin yerinə yetirlməsində iştirak edir. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici dövlətlərə hər səfəri Azərbaycan dövlətçiliyinə sayğını, inamı, qardaşlıq güvəncini daha da artırır. Dövlətə belə eti¬barlı münasibət bəşəri siyasətə sədaqətə görədir Bu günlərdə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Bu görüş qarşılıqlı etimada əsaslanan qarşılıqlı dinamik inkişafa stimul olan görüş kimi tarixləşdi. Siyasətçilərin, Türkiyəsevərlərin, bə¬şə¬ri düşüncəlilərin Türkiyə demokratiyasının rəmzi bildikləri 18 hektarlıq adada”Adnan Menderes” konqres mərkəzi, “28 may Tarix Yaylası”, “Demokratiya və insan haqları” muzeyləri, beynəlxalq toplantılar üçün salonlar, ... var. Bunların hər biri Türkiyənin bəşəri dövlət olduğunun təsdiqidir. Dövlət Başçıları Şurasının iclasını açan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəlbinin hökmü ilə qardaş Azərbaycana sevgisini duyğusallıqla ifadə edib:“...Sədrliyi təhvil aldığımız Can azərbaycana Pandemiyaya baxmayaarq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram. Azərbaycanda uğurlu fəaliyyət həmişə olub, başlanğıcı 2020-ci ilin 27 sentyabrı olan Vətən müharibəsi dövlətçilik baxımından son illərin ən uğurlu fəaliyyətidir. Türkiyə Respublikasının Prezidentinin bu fikirlərini Şuşada keçirilən “Xarıbülbül” festivalında dediyi fikirlərin davamı bilirik: Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının su¬larına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələn¬çay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qa¬ra¬bağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”... Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bundan sonra artıq yeni ad altında fəaliyyət göstərəcək. Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın tərkibində təbii müttıfiqlər yerləşir. Türk dövlətlərinin iş birliyi səmimidir. Xalqlarımız arasındakı birlik,qardaşliq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün mahiyyətinin Azər¬bay¬can Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu kəlamı ümumiləşdirir: “...Biz Türk Şurasının tədbiri çərçivəsində görüşürük və bu Şura təşkilata çevrilir. Əlbəttə, bu Zirvə görüşü bütün türk dünyası və bizim dövlətlər üçün tarixi əhəmiyyət kəsb edəcək...” Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublika¬sı¬nın Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirdə dedikləri bütün iştirakçı dövlətlərə böyük könül xoşluğu verdi: “...Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm”. Bu, hər bir azərbaycanlını qürurlandırdı. Vətən müharibəsində qazandığımız Zəfər qədər qürurlandırdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışında Ali Ordenin veril¬mə¬si ilə bağlı dedi: “...Bu, Qarabağın azad edilməsində göstərdiyim səylərə və türk bir¬li¬yi¬nin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycn xalqına verilmiş mükafatdır”. Ölkə başçımıza verilmiş bu mükafata görə, həm də bu fikirlərə görə hər birimiz qürur duyuruq... Səbinə XASAYEVA, Milli Məclisin deputatı