Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 1 861 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.
Sabahinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu sayda elektromobillərin idxalının dəyəri 55,3 milyon ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1010 ədəd və ya 35,2%, dəyər ifadəsi ilə isə 59,5 milyon ABŞ dolları və ya 51,8% azdır.
Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,999 milyard ABŞ dolları dəyərində 104 404 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 21 478 ədəd və ya 25,9%, dəyər ifadəsi ilə 325,6 milyon ABŞ dolları, yaxud da 19,5% artıb.
Dövr ərzində ölkəyə 90,6 milyon ABŞ dolları dəyərində 808 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,786 milyard ABŞ dolları dəyərində 96 057 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.